0
Tuesday 26 February 2013 - 13:07

Hicab aksiyasına görə həbs edilən dindarın vəkili danışdı

Story Code : 242622
Hicab aksiyasına görə həbs edilən dindarın vəkili danışdı
Hicab aksiyasına görə həbs edilən dindarın vəkili danışdı
Bu barədə onun vəkili Anar Qasımlı məlumat verib.

Vəkil bildirib ki, Elşad Rzayev həbs olunandan bu günə kimi onunla bir yerdə olub.

Anar Qasımlının açıqlamasına görə, Elşad Rzayevin bədənində heç bir xəsarət yoxdur və özüdə bu barədə hələki heç bir şikayət etməyib.

Anar Qasımlı qeyd edib ki, Elşad Rzayev 233 və 315.2 maddələri ilə ittiham olunur.

Nərimanov rayon məhkməsənin verdiyi qərara əsasən, onun barəsində 2 ay müddətinə həbs qəti imkan tədbiri seçilib və hələlik onu Nərimanov rayonunun müvəqqəti saxlama kameriasında saxlayırlar.

Vəkil sonda vuğulayıb ki, bu məsələni daim diqqətdə saxlamağa davam edəcək.

Xatırladaq ki, Rzayev Elşad Fikrət oğlu ilə bağlı Bakı Baş Polis İdarəsi tərəfindən rəsmi açıqlama yayılıb.

Aqçıqlamada bildirilir ki, 5 oktyabr 2012-ci il tarixdə Təhsil Nazirliyinin qarşısında keçirilən qanunsuz aksiya zamanı ictimai qaydanı kobud surətdə pozduğuna və polisə zor tətbiq etməklə müqavimət göstərdiyinə görə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddəsi ilə axtarışda olan, 1981-ci il təvəllüdlü Bakı şəhər sakini, Nərimanov rayonunda qeydiyyatda olan Rzayev Elşad Fikrət oğlu fevralın 24-ə keçən gecə Suraxanı rayonu, Yeni yaşayış sahəsində həbs olunub.(İslamazeri)
Source : İslamazeri
Related Stories
Comment