0
Saturday 23 March 2013 - 08:08

İsrail internetdən silinəcək

Story Code : 248587
İsrail internetdən silinəcək
İstiqamət.com Türkiyə mediasına istinadən xəbər verir ki, hədəflərinin İsraili internetdən silmək olduğunu açıqlayan hakerlər planladıqları hücumlardan İsrail hökümətinin də xəbərdar olduğunu bildiriblər.
 
Hökümətə bağlı olan internet sistemlərinin səlahiyyətli nümayəndəsi Ofir Ben Avi "Haaretz" qəzetinə verdiyi açıqlamada bu informasiyanı təsdiqləyib: "Bir neçə gündür internetdə təşkil edilmiş bir şəbəkə var. Biz bu məsələni ciddi sürətdə nəzarətdə saxlayarıq və 7 apreldə baş verə biləcək hücuma hazırlaşırıq".
 
Qeyd edək ki, İsrailə qarşı kiberhücum ötən il İsrailin Qəzzayə hücumu əsnasında baş vermişdi. Bu günə qədər İsrail Xarici İşlər Nazirliyinin və prezidentin rəsmi saytları ilə birlikdə 700 qədər ölkə saytları hakerlərin hücumuna məruz qalıb. İsrailin Maliyə Nazirliyi dövlət saytalarının 44 milyon kiberhücuma məruz qaldığını açıqlayıb. Bu hücumlar nəticəsində 5 min israilli dövlət adamının şəxsi məlumatları oğurlanıb.
Related Stories
Comment