0
Friday 26 April 2013 - 19:24

ABŞ dövlət nümayəndəsi: Boston partlayışını Vaşinqton planlaşdırıb

Story Code : 258200
ABŞ dövlət nümayəndəsi: Boston partlayışını Vaşinqton planlaşdırıb
Islam times.org/az/ - Respublikaçı senator Stella Tremblay 19 aprel tarixində deyib ki, Boston Marafonunda iki partlayışın baş verməsi və bunun ardınca şübhəli axtarışının başladılması ABŞ höküməti tərəfindən planlaşdırılan təxribatdır.

Tremblay partlayış şübhəlilərinin dövlət rəsmiləri olduğunu demiş və bildirmişdir ki, Boston terror aktı qurma bir şey olub.

O əlavə edərək deyib: “ABŞ hökuməti günahsız insanları pilotsuz təyyarələr ilə, indi isə terror hücumları ilə bombalayır. Çox pis bir gün olsa da, hamımız üçün ayılmaq vaxtıdır.”

ABŞ rəsmiləri partlayışda şübhəli şəxs kimi 19 yaşlı Zökar və 26 yaşlı Tamerlan Tsarnaevi müəyyən ediblər.

Zökar yaralanmış, sonra isə ələ keçirilmişdir, qardaşı Tamerlan isə 19 aprel tarixində polis ilə atışma zamanı qətlə yetirilmişdir.

Tremblay deyib: “Şübhəlilərdən biri qətlə yetirilib, digəri isə danışmaq şansı olmadan dünyasını dəyişəcək… Əvvəl şübhəlilər var idi, bir azdan sonra onlar da olmayacaq.”

15 Aprel tarixində Boston Marafonunun finiş xəttinin yaxınlığında baş verən iki partlayış nəticəsində üç nəfər həlak olmuş və 250-dən çox insan isə yaralanmışdır.

Partlayışın sağ qalan şübhəli şəxsi Zökar Tsarnayev kütləvi qırğın silahlarından istifadədə şübhəli bilinir.

21 aprel tarixində BMT insan hüquqları şurasının Fələstin üzrə məsləhətçisi Riçard Falk deyib ki, Bostonda baş verən partlayışlar ABŞ-ın dünyada, məxsusən də Yaxın Şərqdə günahsız insanların qətlinə səbəb olmasına birbaşa cavabdır.
Source : Islamtimes
Related Stories
Comment