0
Thursday 9 May 2013 - 22:35

İsrail müsəlmanlara əl Əqsa məscidinə daxil olmağa qadağa qoyub

Story Code : 262383
İsrail müsəlmanlara əl Əqsa məscidinə daxil olmağa qadağa qoyub
İsrail müsəlmanlara əl Əqsa məscidinə daxil olmağa qadağa qoyub
Islam times.org/az/ - İki gün ardıcıl olaraq İsrail polisi 50 yaşdan aşağı olan müsəlman qadın və kişiləri məscidə daxil olmağa qoymamışdır. Yaşlı insanlar isə məscidə daxil olmadan öncə öz şəxsiyyət vəsiqələrini İsrail polisinə göstərməli idi.

Yerusəlim daxili işlər naziri deyib ki, müsəlmanların əl Əqsa məscidini müdafiə etmək üçün indi daha çox birliyə ehtiyacı var.

Polis 40 israillinin məscidə girməsini təmin etməsi üçün bütün gənc müsəlmanları məsciddən xaric edib. Növbəti günü isə təxminən 100 israilli təhlükəsizlik qüvvələrinin müşaiyəti ilə məscidə daxil olublar.

Əl Əqsa məscidi və Daş Qübbə İslamda üçüncü müqəddəs ziyarətgahdır. Yəhudilər inanırlar ki, əl Əqsa məscidinin qarşısında İkinci Məbəd yerləşir və bu yəhudilər üçün iknici müqəddəs ərazi hesab edilir. Ancaq İsraili tərəfindən aparılan ciddi arxeoloji araşdırmalara baxmayaraq onlar bu məbədin mövcudluğunu sübut edəcək heç bir dəlil tapa bilmədilər.

Müsəlmanları ibadət etmək üçün iki gün ardıcıl olaraq əl Əqsa məscidinə girməyə icazə vermədikdən sonra fələstinli siyasətçilər Yerusəlimdə olan bütün müsəlmanlara səslənərək məscidi israillilərdən və əsgərlərdən qorumaq üçün məscidin daxilində qalmağı məsləhət görüblər.

Onlar daha sonra bildiriblər ki, israillilər və əsgərlər bu ərazinin yəhudi ibadət ocağı olduğunu iddia etməklə status kvonu dəyişməyə cəhd edirlər.
Source : Islamtimes
Related Stories
Comment