0
Tuesday 21 May 2013 - 00:13

AİP Ruhulla Axundzadənin səhhətilə bağlı bəyanat yaydı

Story Code : 265916
AİP Ruhulla Axundzadənin səhhətilə bağlı bəyanat yaydı
AİP Ruhulla Axundzadənin səhhətilə bağlı bəyanat yaydı
Azərbaycan Islam Partiyası partiyanın Astara rayon komitəsinin sədri Ruhulla Axundzadənin səhhətinin pisləşməsi ilə baölı bəyanat yayıb. Bəyanatda deyilir:
Məlum olduğu kimi, Azərbaycan İslam Partiyasının sədri və bir neçə funksionerinə qarşı 2011-ci ilin yanvar ayında əsl səbəbi bu gün də ictimaiyyətə bəlli olmayan həbs tədbirləri həyata keçirilmişdir. Artıq üç ildən çoxdur ki, AİP sədri Hacı Mövsüm Səmədov və digərləri barədə ağır, həm də qondarma ittihamlarla məhkəmə hokmü çıxarılaraq məhbəsə göndərilmişlər. Geniş ictimaiyyətin səy və tələblərinə baxmayaraq, bu qanunsuzluqlar hələ də aradan qaldırılmamışdır. Ədalətsizlik və mənəvi sarsıntılar nəticəsində haqsız həbs olunanlar məhbəsdə ağır xəstəliklərə düçar olmuşlar. Saxta ittihamlarla həbs olunanlardan Hacı Vaqif Abdullayev məlum olmayan səbəblərdən ötən il həbsxana divarları arasında gözlənilmədən dünyasını dəyişmişdir.
Baş verən faciə bir ailənin başsız qalmasına, günahsız insanların azadlıqdan məhrum edilməsi isə cəmiyyət üzvlərini təhlükəsiz yaşamaq ümidlərini itirməyə səbəb olmuşdur.
Bu gün Azərbaycan İslam Partiyası son üç ilin ikinci ağır faciəsini yaşamaq təhlükəsi qarşısındadır. Belə ki, partiyanın Astara rayon komitəsinin sədri Ruhulla Axundzadə 15 saylı cəzaçəkmə müəssisəsində ağır xəstəliyə düçar olmaqla yanaşı, həm də infarkt keçirmişdir. O, artıq bir neçə gündür ki, penitensiar xidmətin mərkəzi klinikasında həkimlərin nəzarəti altındadır. R. Axundzadənin səhhəti ona bu ədalətsiz ağır mənəvi zərbənin nəticəsi olaraq həbsin qalan hissəsini çəkməyə imkan vermədiyi üçün onun təcili azadlığa buraxılması məsələsinə baxılmalıdır. Ruhulla Axundzadənin günahsız olması, ölümlə həyat arasında qalaraq həbsxana divarları arasında iztirab çəkməsi heç bir humanizm və mərhəmət duyğularına uyğun gəlmir.
Hər bir Azərbaycan vətəndaşının, ailəsinin təhlükəsiz yaşamaq hüququnu üzərinə öhdəlik götürənlər bilməlidirlər ki, ölüm ayağında olan Azərbaycan vətəndaşı, Azərbaycan xalqının qeyrətli, əqidəli övladıdır. Bu insanlar Vətən, torpaq yolunda, din, namus yolunda canlarından keçənlərdir. Onların hər birinin mənəvi işgəncələrə məruz qoyularaq incidilməsi, qətlə yetirilməsi cəmiyyətdə ədalətsizliyə rəvac verənlərə qarşı böyük qəzəb və nifrət yaradır. Haqq olan Allahın və səbri tükənən xalqın qəzəbi qarşısında bu gün hər kəs məsuliyyətini dərk etməli, haqsızlıqlara cavab verəcəyi anı xatırlamalıdır.
Source : İslaminsesi
Related Stories
Comment