0
Thursday 30 May 2013 - 23:41

Vəkil Mövsüm Səmədovla görüşə bilmir

Story Code : 269205
Vəkil Mövsüm Səmədovla görüşə bilmir
Vəkil bildirib ki, bununla bağlı Penitensiar Xidmətin rəhbəri Mədət Quliyevə məktub yollayıb. “Məktubda ümumiyyətlə vəkillərin cəza evlərində müvəkkilləri ilə görüşmələri qaydalarına aydınlıq gətirilməsini istəmişəm. Hələ ki, məktuba cavab verilməyib”.

Anar Qasımlı qeyd edib ki, Mövsüm Səmədovla telefonla da əlaqəsi yoxdur: “Axırıncı dəfə bir ay əvvəl mənimlə danışıb”.

Mövsüm Səmədov 2011-ci ilin yanvarından həbsdədir. O, hakimiyyəti zorla ələ keçirmə cəhdi və başqa ağır cinayətlərdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub.
Source : Mediaforum
Related Stories
Comment