0
Sunday 9 June 2013 - 09:20

İstanbulda polislə etirazçılar arasında toqquşmalar baş verib

Story Code : 271822
İstanbulda polislə etirazçılar arasında toqquşmalar baş verib
Polis, ona yandırıcı maye doldurulmuş şüşə qabları (“Molotov kokteyli”) atan bəzi qruplara qarşı xüsusi vasitələr istifadə edib. Qeyd edək ki, qısa müddət ərzində aksiya iştirakçıların sayı 15 mini keçib. Yürüşdə iştirak edən qadınlardan bəziləri qazan və tavaları, kişilər isə barabanları döyəcləyərək etirazlarını ifadə ediblər.  

Polis məntəqəsinə yaxınlaşdıqda, bəzi qruplar və polis qüvvələri arasında toqquşmalar baş verib. Etirazçıların bir qrupu yolda zibil qutularından barrikada quraraq, polisə fişəng və “Molotov kokteyli” atmağa başlayıb. Buna cavab olaraq, polis onlara qarşı gözyaşardıcı qaz və su şırnağı istifadə edib. İsmətpaşa küçəsində hökumətin istefası şüarı ilə təşkil olunmuş digər izdihamlı aksiya insidentsiz keçib.  
Qeyd edək ki, artıq 13 gündür Türkiyənin əksər şəhərlərində hökumət əleyhinə aksiyalar davam edir. Xatırladaq ki, aksiyalara səbəb polisin İstanbuldakı Gəzinti parkında etirazçıları sərt şəkildə dağıtması olub. Aksiya iştirakçıları Türkiyənin dünyəvi dövlət quruluşu yolundan çəkilməsinə etiraz edərək, hakimiyyəti sadə vətəndaşların həyatına müdaxilə etməkdə günahlandırır. Xatırladaq ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan əvvəlki kimi hesab edir ki, aksiyalar radikal yönümlü qruplar tərəfindən təşkil olunub. O, bəyan edib ki, hökumət ölkədə zorakılığa və təxribatlara yol verməyəcək və iqtisadi planlarından geri çəkilməyəcək. /apa/
Related Stories
Comment