0
Saturday 6 July 2013 - 01:59

Tale Bağırzadə məhkəmədə xütbə dedi

Story Code : 280078
Tale Bağırzadə məhkəmədə xütbə dedi
Tale Bağırzadə məhkəmədə xütbə dedi
Bu barədə məlumat verən vəkil Cavad Cavadov qərarın qüvvədə saxlnıldığını bildirdi.

Cavad Cavadov həmçinin bildirdi ki, bu gün keçirilən məhkəmə prosesində ilahiyyatçı Tale Bağırov xütbə oxuyub.

Xütbəsində bildirib: “Bu gün cümə günüdü. Mən fürsətdən istifadə edib istəyirəm xütbə söyləyim. Məsciddə imkanım yoxdur. Ona görə də, burada bir neçə kəlmə ilə xütbəmi söyləmək istəyirəm. Biz zindanda deyilik! “Biz özümüzü azad insan hiss edirik. Zindanda olan sizlərsiniz. Sizin müstəqil qərar qəbul etməyə gücünüz yoxdur. Biz ancaq Allahın əmrlərini yerinə yetiririk. Siz özünüzü azad saymayın. Bizdə müstəqil məhkəmə yoxdur və sizin də müstəqil olaraq hər hansı bir qərar qəbul etməyə səlahiyyətiniz çatmır. Zeynəb Xanlarovanın fikrini xatırlatmaq istəyirəm. “Adam tutanda kişi kimi tutun.” Biz çıxışlarımızda kəskin tənqid söyləmişik. Əgər bizim çıxışlarımızda qanunsuz nəsə varsa, çıxışlarımızı bildirin və biz də dəlillərimizi gətirək. Siz dindarlara, ruhanilərə, dini alimlərə narkotiklə ittiham verirsiz. Bu heç yerə yazılası bir şey deyil. Bizim səbrimiz böyükdür. Allaha güvənirik. Allah bizimlədir və gec-tez hər şey öz yerini tutacaqdır.”
Source : Faktxeber
Related Stories
Comment