0
Sunday 7 July 2013 - 21:22

Vəkili məhbus partiya lideri ilə görüşə buraxmadılar

Story Code : 280627
Vəkili məhbus partiya lideri ilə görüşə buraxmadılar
Vəkili məhbus partiya lideri ilə görüşə buraxmadılar
“Media forum”a danışan vəkil deyib ki, iyulun 1-də Mövsüm Səmədovla görüşmək üçün 11 saylı Cəzaçəkmə Müəssisəsinə gedib: “Qapıda gözətçi deyil, mayor rütbəli bir zabiti gördüm. Mövsüm Səmədovun vəkili olduğumu, görüşə gəldiyimi bildirdim. Dedi ki, təlim-tərbiyə üzrə rəis müaviniyəm, Mövsüm Səmədovun cərimə təcridxanasına salınması mənim təşəbbüsümlə olub, keçin görüşün, sonra gəlin yanıma, söhbət edək.

İçəri keçdik, sənədimi təqdim etdim. Bir saatdan artıq gözləyəndən sonra bir nəfər çıxdı, vəsiqəmi özümə qaytarıb dedi ki, rəis yas yerinə gedib, qol çəkməyə heç kim yoxdur. “Vəkilin görüşü üçün rəis müavini də icazə verə bilər” deyə etiraz etdim. “Hər şey rəisdən asılıdırsa, zəhmət çəkib iş vaxtı yerində olsun, yas yerinə işdən sonra getsin” dedim. Sabah görüş verəcəklərini bildirdilər”.

Anar Qasımlı bildirib ki, görüşə maneənin yaradılması bir çox ehtimallar irəli sürməyə əsas verir: “Adətən məhkumlar işgəncəyə məruz qalanda vəkillə görüşə əngəl yaradılır ki, işgəncə izlərini görməsin. Bu cür süni əngəl yaradılması Mövsüm Səmədova işgəncə verilməsi ehtimalını irəli sürməyə əsas verir. Digər tərəfdən, onun dəfələrlə cərimə təcridxanasına salınması həbsxana rejiminə keçirilməsinə hazırlıq ola bilər. Yəni sonra əsaslandıracaqlar ki, guya tez-tez nizam-intizamı pozduğuna görə onu qapalı həbsxanaya göndərirlər”.

Mövsüm Səmədov 2011-ci ilin yanvarından həbsdədir. O, hakimiyyəti zorla ələ keçirmə cəhdi və başqa ağır cinayətlərdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub.
Source : Mediaforum
Related Stories
Comment