0
Thursday 1 August 2013 - 14:46

Kəşmirdə də Azərbaycanda olduğu kimi Qüds Günü zorakılıqla müşayiət olunub

Story Code : 289780
Kəşmirdə də Azərbaycanda olduğu kimi Qüds Günü zorakılıqla müşayiət  olunub
Kəşmirdə də Azərbaycanda olduğu kimi Qüds Günü zorakılıqla müşayiət olunub
Cümə günü paytaxt Bakıda insanlar İsrail səfirliyi qarşısında toplaşaraq səfirliyin bağlanmasını və Tel Əviv ilə bütün siyasi və iqtisadi əlaqələrə son qoyulmasını tələb ediblər.

Fələstinə dəstək və İsrail rejiminin tənqid edən şüarlar səsləndirən nümayişçilər təhlükəsizlik qüvvələrinin zorakılığı ilə qarşılaşıblar və bir neçə nümayişçi həbs edilib.

Azərbaycan hökuməti Fələstinin azadlığını və İsrail işğalına son qoyulmasını tələb edən Qüds Günü yürüşlərini təşkil etməyə qadağa qoyub.

Hindistanın nəzarəti altında olan Kəşmirdə də insanlar müqəddəs Ramazan ayının son cümə günü Fələstin xalqına öz həmrəyliklərini nümayiş etdirmək üçün yürüşlər təşkil ediblər.

Təhlükəsizlik qüvvələri nümayişçilərə zor tətbiq etmiş və nümayişi dağıtmaq üçün göz yaşardıcı qazlardan və rezin güllələrdən istifadə edib.

Pakistan, Əfqanıstan, Avstraliya və İndonezya da daxil olmaqla dünyanın 80 ölkəsində müsəlmanlar Fələstin xalqına dəstək olmaq və İsrail işğalını pisləmək üçün Qüds Günün nümayişlərinə qatılıblar.

İranda ölkə boyu ərazidə milyonlara insan küçələrə axışaraq Fələstinə dəstək şüarları səsləndiriblər.

1979-cu ilin avqust ayında İslam Respublikasının banisi mərhum Ayətullah Ruhullah Xomeyni müqəddəs Ramazan ayının sonuncu cümə gününü Fələstin xalqı ilə qlobal həmrəylik günü – Qüds Günü elan etdi.
Source : Islamtimes
Comment