0
Saturday 24 August 2013 - 13:53

Siyasi analitik: Ərdoğanın anti-İsrail çıxışları qeyri səmimi və qəribədir

Story Code : 295400
Siyasi analitik: Ərdoğanın anti-İsrail çıxışları qeyri səmimi və qəribədir
Siyasi analitik: Ərdoğanın anti-İsrail çıxışları qeyri səmimi və qəribədir
Press TV-yə müsahibə verən yazıçı və şərhçi Nasir əl Omari Türkiyə baş nazirini İsrailə qarşı ikili standart siyasəti yürütdüyü üçün tənqid edib.

Omari deyib: “İqtisadi əməkdaşlığa gəldikdə çox gözəl münasibətlər qurur və hərbi məsələlərə gəldikdə isə onu tənqid edir.”

20 Avqust tarixində Türkiyə baş naziri deyib ki, 3 iyul tarixində Misir prezidenti Muhəmməd Mursinin hərbi çevriliş yolu ilə devrilməsinin arxasında İsrail durur.

Ərdoğan əlavə edərək deyib ki, onun bu iddianı sübut edəcək dəlili var. Misirdə hərbi çevrilişdən sonra yüzlərlə insan, məxsusən də Mursi tərəfdarları qətlə yetirilib.

Omari əlavə edərək deyib: “Çox qəribədir ki, Türkiyə ba naziri digər rejimləri Misir xalqının daxili işlərinə qarışmaqda qınadığı bir vaxtda özü Suriyada həmin işi həyata keçirir.”

Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu da deyib ki, Ərdoğanı səhv başa düşüblər və baş nazir deyib ki, Mursi mənəviyyatın zəifliyi nəticəsində devrilib, nəinki İsrail tərəfindən.

Ankara Suriyada prezident Bəşər Əsəd hökumətinə qarşı döyüşən üsyançıları təlim məşq keçməklə, maliyyə yardımı etməklə Suriyada münaqişəni xeyli dərəcədə qızışdırıb.
Source : Islamtimes
Related Stories
Comment