0
Sunday 13 October 2013 - 09:07

Dünya Bankı: 5 gündən sonra ABŞ-ı fəlakət gözləyir

Story Code : 310743
Dünya Bankı: 5 gündən sonra ABŞ-ı fəlakət gözləyir
“Hazırda bizi çox təhlükəli məqamdan cəmi 5 gün ayırır. Mən ABŞ siyasətçilərini tez bir zamanda qərar verməyə çağırıram. Bu qərar dövlət borcunun yuxarı həddinin qaldırılmasına verilən son möhlət bitənədək qəbul olunmalıdır”. APA-nın "Röyters"ə istinadən verdiyi xəbərə görə, bunu Cim Yen Kim DB-nin inkişaf üzrə komitəsinin üzvləri ilə görüşündən sonra keçirilmiş brifinqdə deyib.  

DB rəhbərinin sözlərinə görə, əgər bu baş verərsə - bu həm inkişaf edən, həm də inkişaf etmiş iqtisadiyyatlar üçün fəlakət olacaq.  

Qeyd edək ki, hazırda respublikaçılar və demokratlar ABŞ-ın büdcəsinə və dövlət borcunun yuxarı həddinə dair razılığa gələ bilmirlər. Qeyri-müəyyənlik vəziyyətinin davam edəcəyi təqdirdə ABŞ-da defolt baş verə bilər.
Related Stories
Comment