0
Wednesday 6 November 2013 - 00:22

Amerikanın vəhşiliyi bütün dünyaya məlumdur

Story Code : 318382
Amerikanın vəhşiliyi bütün dünyaya məlumdur
Amerikanın vəhşiliyi bütün dünyaya məlumdur
Livanın Əl Mənar televiziya kanalının verdiyi məlumata görə Livanın Hizbullah hərəkatının baş katibi Seyyid Həsən Nəsrullah dünən axşam Məhərrəm ayının başlamsı münasibəti ilə etdiyi çıxışında Amerikanın Xerosima və Naqasakidə insanlığa qarşı cinayət törədən ölkə olduğunu bildirib.

Hizbullah baş katibi Seyyid Həsən Nəsrullah 4 noyabr tarixində İslam Rəhbəri Ayətulla əl üzma Seyyid Əli Xameneinin çıxışına işarə edərək Amerikanın təkcə İrandakı səfirliyinin casusluq yuvası olmadığını, dünyanın dörd bir tərəfindən olan ABŞ səfirliklərinin də casusluq mərkəzləri olduğunu bildirib.

Nəsrullah Amerikalıların başda Fransa prezidenti, Almaniya baş naziri və İngiltərə baş naziri olmaqla bir çox dünya liderlərinin əleyhinə casusluq etdiyini açıqlayıb.

Hizbullah baş katibi həmçinin Amerika pilotsuz təyyarələrinin hər il dünyanın müxtəlif bölgələrində sivil insanları qətlə yetirdiyini, ancaq heç bir kəsin çıxaraq Amerikanın insanlıq və müharibə cinayəti işlətdiyini demədiyini bildirib.

Nəsrullah həmçinin Amerikanın işlətdiyi cinayətlərin heç kimsənin bunları xristianlıq adına yazmayacağını və edilən cinayətlərdən kimsənin dini məsul bilməyəcəyini də deyib.
Source : Islamtimes
Related Stories
Comment