QR CodeQR Code

Britaniya rəsmiləri: Suriyadakı qərbli döyüşçülər içərisində britaniyalılar çoxluq təşkil edir

Islamtimes , 4 Dec 2013 23:48

İslamtimes - Böyük Britaniya kəşfiyyat xidmətinin rəsmisi deyib ki, Suriya prezidenti Bəşər Əsəd hökumətinə qarşı döyüşən qərbli döyüşçülər içərisində ən çox britaniyalı döyüşçülər üstünlük təşkil edir.


Çərşənbə axşamı günü “Teleqrafa” müsahibə verən kəşfiyyat rəsmisi deyib ki, Suriyada müxtəlif üsyançı qruplar tərkibində döyüşən 1000 qərbli döyüşçüdən 300-ü britaniyalıdır.

Britaniya hökumət rəsmiləri Suriya daxilində üsyançılara qoşulmuş britaniyalıların gələcəkdə ölkənin təhlükəsizliyinə qarşı törədə biləcəkləri təhlükədən dolayı narahat olduqlarını deyiblər.

Britaniyanın yüksək vəzifəli rəsmisi deyib ki, britaniyalı döyüşçülər əl Qaidə kimi terrorist qruplar ilə sıx əlaqədə olduqlarından onlar Böyük Britaniyaya qayıtdıqdan sonra ölkənin təhlükəsizliyi üçün böyük təhlükə yaradacaqlar.

Mənbə əlavə edərək deyib: “Onlar təkcə Suriyadakı təcrübələri nəticəsində ağır döyüş şəraitlərinə öyrəşməklə yanaşı son terror hücumları texnikalarını da öyrənmiş olacaqlar.”

Bu məlumat Asoşieytid Press agentliyinin son altı ayda ərəb ölkəsində Suriya hökumətinə qarşı döyüşən ekstremist terroristlərə qoşulan avropalı vətəndaşların sayının xeyli artdığını bəyan etməsindən sonra dərc edildi.

Media məlumatlarına əsasən Suriyada əl Qaidəyə bağlı döyüşçülər sırasında döyüşən ən azı dörd britaniyalı qətlə yetirilib.

Qətlə yetirilmiş bu şəxslər digər 20 Böyük Britaniya vətəndaşları ilə əl Qaidəyə bağlı əl Nusra cəbhəsinə qoşulan birtaniyalı ekstremistlərdən idilər.

2011-ci ilin mart ayından etibarən Suriya münaqişə içərisindədir. BMT-nin verdiyi məlumata əsasən münaqişə nəticəsində 100 mindən çox insan həlak olub.


Story Code: 327858

News Link :
https://www.islamtimes.org/az/news/327858/britaniya-rəsmiləri-suriyadakı-qərbli-döyüşçülər-içərisində-britaniyalılar-çoxluq-təşkil-edir

Islam Times
  https://www.islamtimes.org