0
Tuesday 24 December 2013 - 23:18

Moskvada “Ərbəin” günü qeyd edilib

Story Code : 334004
Moskvada “Ərbəin” günü qeyd edilib
Moskvada “Ərbəin” günü qeyd edilib
Dünyanın hər yerində olduğu kimi Moskvada da “Ərbəin” günü, İmam Hüseynin (ə) öz qəhrəman məsləkdaşları ilə şəhid olmalarının 40-cı günü qeyd olunub. Şəhərin ibadət ocaqlarında və restoranlarda ehsan süfrələri təşkil edib toplaşan həmyerlilərimiz şəhidlər ağası, İslam carçısı İmam Hüseyni (ə) yad ediblər. Mərasim Qurani-Kərimlə başlayıb.

Rusiyada, Moskvada tanınmış ruhanilər və digər natiqlər Hicri-Qəməri təqvimi ilə 61-ci ildə baş vermiş hadisələri yad ediblər, o günlərin reallıqlarını möminlərə başa salıblar. Sonra hər kəs ehsan süfrəsinə dəvət olunub. Bu zaman da müzakirə olunan mövzu Kərbəla qəhrəmanlarının şücaətləri və verilən sualların cavablandırılması olub.(interaztv)
Related Stories
Comment