0
Friday 10 January 2014 - 01:22

Baş Redaktor və Masallı dindarlarının apellyasiya məhkəməsi keçiriləcək

Story Code : 339528
Baş Redaktor və Masallı dindarlarının apellyasiya məhkəməsi keçiriləcək
Baş Redaktor və Masallı dindarlarının apellyasiya məhkəməsi keçiriləcək
Masallı rayonunda həbs olunan 8 dindara Lənkəran Ağır Cinayətlər Məhkəməsinin aprelin 5-də çıxardığı hökmdən apellyasiya şikayətinə sabah yanvar ayının 9-da saat 16:00 da Şirvan Şəhər Apellyasiya Məhkəməsində baxılacaq.Verilmiş apellyasiya şikayətində məhkəmənin hökmü qərəzli hesab edilir, tutulanlara bəraət istənilir.

Qeyd edək ki,Masallı dindarları və Baş Redaktor Araz Quliyev ötən il sentyabr ayında Masallı rayonunda şərlənərək həbs olublar.Onlar beynəlxalq folklor festivalı ilə əlaqəli tədbirin pozulmasına cəhd göstərmək, dinc sakinlərə və polis əməkdaşlarına xəsarət yetirmək ittihamı ilə tutulublar. Baş Redaktor Araz Quliyev 8, Xalid Kazımov 8, Ziya Tahirov 7, Rza Ağalı 7, Surac Ağayev 5, Nicat Əliyev və Namiq Kişiyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Vüsal Quliyevə isə 3 il 6 gün şərti cəza verilib.
Xatırladaq ki,ötən məhkəmə proses köməkçi hakimlərdən biri məhkəməyə gəlmədiyi üçün təxirə salınmışdı.
Source : Xeber44
Related Stories
Comment