QR CodeQR Code

Fransalı gənclər Suriyadakı xarici terroristlərə qoşulurlar

Islamtimes , 20 Jan 2014 22:51

İslamtimes - Hər iki gəncin sadəcə 15 yaşları var və cənubi qərbdə yerləşən Toulouse şəhərindəndirlər.


İki gənc məktəbli oğlan Fransanı tərk edərək Suriyaya prezident Bəşər Əsəd hökuməti ilə döyüşməyə gediblər və Suriyaya getmək xərclərini atasının kredit kartından istifadə edərək ödəyiblər.

Hər iki gəncin sadəcə 15 yaşları var və cənubi qərbdə yerləşən Toulouse şəhərindəndirlər.

Nyu York Daily xəbər agentliyinin verdiyi məlumata əsasən onların ailəsi iddia edərək bildirirlər ki, onların övladlarının başını internet vasitəsilə aldadıblar.

Hakim adı ilə tanınan oğlanlardan biri 6 yanvar tarixində getməmişdən əvvəl atası üçün məktub qoymuş və demişdir ki, o Suriya hökumətinə qarşı döyüşmək üçün Suriyaya gedir.

Atası əlavə edərək deyib ki, o oğlundan Suriyada təhlükədə olduğu haqqında telefon zəngi almış və artıq bir aydır ki, heç bir zəng yoxdur.

Fransa televiziya kanalı BFM-ə müsahibə verən ata deyib: “Onu internet vasitəsilə Suriyaya getməyə razı salıblar.”

Bu xəbərlər Fransa hökumətinin üç ilə yaxın bir müddətdə davam edən Suriya münaqişəsinə qatılan Fransa vətəndaşlarının sayının durmadan artdığı haqqında dərin narahatçılıq keçirdiyi bir vaxtda yayıldı.

Fransa prezidenti Holland bu həftənin əvvəli qeyd edərək bildirib ki, 700 fransalı vətəndaş Suriyaya döyüşməyə gedib və bunlardan əksəriyyəti radikallaşaraq ölkələrinə qayıdacaq.

Toulouse həmçinin o şəhərdir ki, əl Qaidədən ilham alan silahlı şəxs Muhəmməd Merah iki il bundan əvvəl üç uşaq olamqla yeddi nəfəri qətlə yetirmişdir.


Story Code: 343217

News Link :
https://www.islamtimes.org/az/news/343217/fransalı-gənclər-suriyadakı-xarici-terroristlərə-qoşulurlar

Islam Times
  https://www.islamtimes.org