0
Sunday 16 March 2014 - 07:58

Həmas: İran və Hizbullah ilə birlikdəyik

Story Code : 362533
Həmas: İran və Hizbullah ilə birlikdəyik
Həmas: İran və Hizbullah ilə birlikdəyik
O əl Meydan kanalına verdiyi müsahibədə deyib ki, keçən il və bu ilin əvvəlində bir çox Həmas rəsmiləri Tehrana səfərə getmişdilər. Bu müddət ərzində münasibətin şəklindən daha çox iki tərəf arasında güvən və etibarın yaranmasına çalışdıq.

Həmas münasibətlərin düzəlməsinin tərəfdarıdır və bu yöndə xeyli addım atıb.
Usamə Hamdan deyib: “İki tərəf arasında münasibətlərin davam etdirilməsindən xoş hal olan hər kəs gərək heç bir narahatçılığa qapılmasınlar.”

İsrailin Qəzzaya getməkdə olan silah yüklü bir gəminin ələ keçirdiyini iddia etməsi haqqında suala cavab verən Usamə deyib: “İsrail bu iddialar sayəsində əsasən də Fələstin məsələsi üzərində bir yalan uyduraraq vəziyyəti öz lehinə çevirmək və Qərbi İran və müqavimətə qarşı qoymaq istəyir.”

Başqa bir səbəb isə Qərbin İrana qarşı müsbət münasibət göstərməsinə qarşı duyulan narahatçılıqdır.
Ancaq bu səfərki uydurma iddialar Qərbin elə də nəzərini özünə cəlb edə bilmədi.

Suriyada mövcud olan münaqişə ilə əlaqədar açıqlama verən Usamə deyib ki, Suriya münaqişəsinin yeganə həll yolu siyasi həll yoludur. Bunu həyata keçirə biləcək yeganə qüvvə də məhz Suriya xalqıdır. Həmas heç bir vaxt hər hansı bir ölkənin daxili işlərinə qarışmayıb. Bu Suriyaya da aiddi və aid olacaq da.
Usamə Hamad Livan müqavimət hərəkatı Hizbullah haqqında isə deyib: “Hizbullah ilə aramızda bəzi ixtilafların olduğunu deyənlər Fələstindəki müqavimət hərəkatını zəiflətməyə çalışırlar.”
Source : Islamtimes
Related Stories
Comment