0
Saturday 5 April 2014 - 12:01

Ərdoğan Əliyevə o qovluğu vermək üçün getdi?

Story Code : 369773
Ərdoğan Əliyevə o qovluğu vermək üçün getdi?
Ərdoğan Əliyevə o qovluğu vermək üçün getdi?
“Yeni Musavat”ın xəbərinə görə, Ankara 17 dekabr əməliyyatından sonra Gülən camaatına qarşı düyməni basdığında Azərbaycan dövlətinin içində yer aldığı Gülən camaatı mənsubu şəxslər araşdırıldı və hesabat halında Ərdoğana təqdim edildi.

Soçidə o qovluq verildi
“Vatan”ın xəbərinə görə, Ərdoğan da 7 fevralda Rusiyanın Soçi şəhərində təşkil edilən Qış Olimpiadalarının açılışı üçün qatıldığı mərasimdə Azərbaycan Prezidenti İlham Əliyevə Gülən camaatı ilə əlaqədar ilk qovluğu şəxsən təqdim etdi. Azərbaycan kəşfiyyatı da çox geniş araşdırma və təqib başlatdı. Ankaranın tələbi ilə mart ayında, yəni Ərdoğan ilə Əliyev görüşündən təxminən 1 ay sonra Bakı höküməti ölkədə Gülən məktəb və hazırlıq kurslarına qarşı düyməni basdı. 11 məktəb və 13 kurs hökumət qərarıyla dövlətin nəzarətinə keçdi. Aralarında Bakıdakı Çağ Öyrətim - Qafqaz Universitetinin də olduğu təşkilatlar Azərbaycan Neft və Qaz Şirkətinə “Socar”a bağlandı.

Məktəb görüşməsi
“Yeni Musavat”ın iddiasına görə, Ərdoğan bu ziyarətində Əliyevə Gülən camaatının Azərbaycan qolu haqqında detalları əks etdirən bir qovluq təqdim edəcək və məktəblərin vəziyyəti mövzusunda da ARDNŞ prezidenti Rövnəq Abdullayev ilə görüş reallaşdırılacaq. Qəzetə müsahibə verən Atlas Araşdırmalar Mərkəzindən Elxan Şahinoğlu “Ərdoğan Gülən hərəkatının ölkəmizdəki qurucularının həbsə atılmasını tələb edə bilər” açıqlamasını verdi. Baş nazirin Gülən camaatına qarşı atılan addımlar mövzusunda ən böyük dəstəyi Azərbaycandan görmüş olması səbəbiylə seçki sonrası ilk xarici səfərini Bakıya reallaşdırmaq istədiyi də iddia edildi. Qəzet Ərdoğanın məqsədinin Türk respublikalarında Gülən hərəkatının “əlini qolunu bağlamaq” olduğunu yazdı. Qeyd edək ki, Özbəkistan 2011-ci ildə camaatın məktəblərini bağlamışdı.
Source : Islamtimes
Related Stories
Comment