0
Tuesday 8 April 2014 - 10:03

ABŞ yenə Rusiyaya xəbərdarlıq etdi

Story Code : 370441
ABŞ yenə Rusiyaya xəbərdarlıq etdi
Rəsmi Vaşinqton Rusiyanı qonşu ölkədə stabilliyi pozmamağa çağırıb. Ağ Ev rəhbərliyinin mətbuat katibi Cey Karni qeyd edib ki, ötən gün Donetskdə baş verən hadisələr Rusiya hökuməti tərəfindən sifariş olunub. Onun sözlərinə görə, hökumət binalarını zəbt edənlər yerli sakinlər deyil, Rusiya hökuməti tərəfindən pulla tutulan xüsusi qüvvələr olub.
 
"Ukraynada araqarışdıran qüvvələrin hərəkətləri bizi narahat edir. Bütün bunlar Rusiyanın təzyiqlərinin nəticələridir. Rusiya Ukraynanın şərq hissəinə istər açıq, istərsə də, gizli şəkildə müdaxilə edərsə, regionda ciddi gərginlik yaranacaq. Biz prezident Putini Ukraynada stabilliyi pozmaq fəaliyyətinə son qoymağa çağırırıq. Bölgəyə hərbi müdaxilədən söhbət belə gedə bilməz".
 
ABŞ Dövlət departamentinin rəsmiləri Rusiya xarici işlər naziri Sergey Lavrova Donetsk, Xarkov və Luqanskda hadisələri 24 saat izlədiklərini xəbər veriblər. Dövlət departamentinin mətbuat katibi Cen Saki sözügedən şəhərlərdə baş verən hadisələrin təsadüfü olmadığını qeyd edib. Onun sözlərinə görə, bu, Rusiyanın dəstəyi ilə icra olunan kampaniya fəaliyyətinin nəticəsidir.
 
Bu arada, Almaniya hökuməti də Rusiyanı növbəti zorakılıqdan çəkinməyə çağırıb. "Ümid edirəm ki, Ukraynanın şərqində yaşanan hasidələr yeni bir gərginliyin başlanğıcı olmayacaq" - deyə ölkənin xarici işlər naziri Frank Volter Ştaynmayer qeyd edib. /anspress/
Related Stories
Comment