0
Monday 27 September 2010 - 09:48

Obama tikanlı danışıb

Story Code : 38329
Obama tikanlı danışıb
Obama tikanlı danışıb
“Azadlıq” xəbər verir ki, Barak Obama İlham Əliyevlə görüşündə söhbətə belə başlayıb: “Cənab prezident, mən sizinlə söhbətə BMT Baş Assambleyasındakı çıxışımı xatılatmaqla başlamaq istəyirəm”.
Xatırladaq ki, ABŞ prezidenti həmin çıxışında antidemokratik dövlət rəhbərlərini düşmən adlandırmış, açıq mətnlə xəbərdarlıq etmişdi: “Bu gün iqtisadi tənəzzülün baş verdiyi köhnə zamanlardakı kimi bəziləri insan haqlarını kənara qoyaraq qısa müddətli sabitlik vəd edirlər. Bəzi liderlər səlahiyyət müddətinə məhdudiyyəti ləğv edir, vətəndaş cəmiyyətini əzirlər”...
Prezident Barak Obamanın Nyu-Yorkda Ilham Əliyevlə görüşü zamanı ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Obama Əfqanıstanda beynəlxalq koalisiyanın fəaliyyətində Azərbaycanın roluna görə təşəkkürünü bildirib və ATƏT-in Minsk Qrupu çərçivəsində Qarabağ münaqişəsinin dinc yolla nizamlanması prosesinin ciddi dəstəkləndiyini bildirib. Söhbət zamanı cəbhə xəttində atəşkəs rejiminə əməl olunmasının vacibliyi, nizamlanma yollarının Helsinki prinsipləri: güc və ya güc tətbiqi ilə bağlı hədə-qorxuya yol verilməməsi, ərazi bütövlüyü, adamların bərabər hüquqları və öz müqəddəratını təyin etməsi əsasında axtarılmasının vacibliyi vurğulanıb.
Related Stories
Comment