0
Friday 1 October 2010 - 16:28

ŞOK! ABŞ-DAN AZƏRBAYCANA DAHA BİR XƏYANƏT

Story Code : 38873
ŞOK! ABŞ-DAN AZƏRBAYCANA DAHA BİR XƏYANƏT
ŞOK! ABŞ-DAN AZƏRBAYCANA DAHA BİR XƏYANƏT
Qondarma Dağlıq Qarabağ respublikasının "Müstəqillik Günü"nün qeyd olunması Amerika Konqres üzvü Frank Pallonenin təşəbüssü ilə reallaşdırılıb.

Konqres üzvü çıxışında, Qarabağa səfərləri əsnasında Qondarma Dağlıq Qarabağ xalqı və rəhbərliyini "demokratiya" yolunda qərarlı bir şəkildə irəlilədikləri qənaətində olduğunu vurğulayıb.

Qondarma Dağlıq Qarabağ milli məclis rəhbəri Aşot Gulyan çıxışında ABŞ tərəfindən bu günün qeyd olunması Qarabağ xalqı üçün sürpriz olmadığını bildirib. ABŞ həmişə bu problemin bizim iradəmiz əsasında həll olunmasına tərəfdar olub.

Ermənistanın ABŞ-dakı səfiri Tatul Marqaryan, Azərbaycan tərəfindən müharibə təhrikləri səylərini tənqid edərək bildirib ki, iqtisadi mühasirə vasitəsilə Ermənistan və Qondarma Dağlıq Qarabağ xalqlarını sıxmaq siyasəti müvəffəqiyyətli ola bilməyəcək.

Qeyd edək ki, ABŞ Konqresinin binası qarşısında toplanan Azərbaycanlılar Konqresə etiraz ediblər. Etirazçılar Konqres təhlükəsizlik məmurları tərəfindən bina girişindən uzaqlaşdırıldılar.



Emin Nəsirli
Source : Faktxeber
Comment