0
Thursday 5 June 2014 - 15:38

Holland Suriyada 30-dan çox Fransa vətəndaşının qətlə yetirildiyini təsdiqləyib

Story Code : 389370
Holland Suriyada 30-dan çox Fransa vətəndaşının qətlə yetirildiyini təsdiqləyib
Holland Suriyada 30-dan çox Fransa vətəndaşının qətlə yetirildiyini təsdiqləyib
Yeddilər Qrupunun sammitində çıxış edən Holland deyib ki, Paris fransız vətəndaşlarının Suriyaya getməsinin qarşını almağa çalışır, çünki bu addım Fransanın təhlükəsizliyinə xələl gətirə bilər.

O deyib: “Biz öz təhlükəsizliyimzə xələl gətirə biləcək bu cür addımların qarşısını almağı və cəzalandırmağə qərara almışıq.”

Fransa baş naziri Manuel Valls çərşənbə axşamı günü deyib ki, 800-dən çox Fransa vətəndaşı Suriyada hökumətə qarşı döyüşür və yaxud bunu etməyi planlaşdırır.

Fransa baş naziri xəbərdarlıq edərək bildirib ki, döyüşçülər öz vətənlərinə qayıdacaqları halda ölkə üçün xüsusi təhlükə kəsb edəcəklər.

Valls deyib: “Biz əvvəllər heç vaxt bu cür problem ilə üzləşməmişik. Bu heç şübhəsiz ki, bizim qarşılaşdığımız ən böyük problemdir.”

Bu xəbərdarlıq Fransa milliyətindən olan şübhəlinin Suriyada prezident Bəşər Əsəd hökumətinə qarşı döyüşlərdə iştirak etdikdən sonra vətənə qayıdaraq Brusseldə muzeydə üç şəxsi qətlə yetirdikdən sonra edildi.

Qərb rəsmiləri Suriyada hərbi bacarıqlar əxz edən döyüşçülərin ölkələrinə qayıdaraq öz vətənlərində terror hücumları həyata keçirə biləcəkləri haqqında çox narahatlıq keçirirlər.

2011-ci ilin mart ayından etibarən Suriya münaqişə içərisindədir. Xaricdən dəstək alan üsyançılar ordu və təhlükəsizlik qüvvələri də daxil olmaqla xeyli sayda dinc insanları qətlə yetiriblər.

Məlumat və faktlara əsasən Qərb və onun regional müttəfiqləri olan Qətər, Səudiyyə Ərəbistanı və Türkiyə Suriyada prezident Bəşər Əsəd hökumətinə qarşı döyüşən ekstremsit üsyançıları dəstəkləyirlər.
Source : Islamtimes
Related Stories
Comment