0
Tuesday 5 August 2014 - 10:11

“Ukraynadakı böhran olmasaydı da NATO bir bəhanə tapacaqdı”

Story Code : 403126
“Ukraynadakı böhran olmasaydı da NATO bir bəhanə tapacaqdı”
APA-nın məlumatına görə, bunu İTAR-TASS agentliyinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O bildirib ki, NATO Rusiyanın Ukrayna siyasəti ilə bağlı yeni müdafiə planları üzərində işləyir. Lavrov 20 il əvvəl Rusiya qoşunlarının Avropadan çıxmasına da toxunub: “Bu, mürəkkəb məsələdir. Tarixə girməyəcəyəm. Ancaq siz bilirsiniz, bir çoxları bizim qoşunlarımızın Avropadan tələsik çıxmasını qınadılar. Rusiya öz zabit və əsgərlərini insani şəkildə təmin etmək üçün heç nə almadı. Və onlar ailələri ilə çadırlarda qaldılar. Bu, o vaxtkı rəhbərliyin tarixə düşmək arzusu və Avropada tərəfdaşlar qazanmaq ümidindən doğmuşdu. Amma Qərb tərəfdən bu addımlar qiymətləndirilmədi. Əgər Varşava Müqaviləsi yoxdursa, Sovet İttifaqı yoxdursa, onda NATO və bütün atributlar nəyə lazımdır, onlar soyuq müharibə dövründən qalıblar”.
S. Lavrov əlavə edib ki, NATO bundan sonrakı mövcudluğunun mənasını axtarıb tapmağa çalışır: “Bir müddət Əfqanıstana kömək etdi. Amma indi hamı başa düşür ki, Əfqanıstan NATO-dakı həmrəyliyi daha da batırmağa yarayır. Şimali Atlantika alyansı bu ölkədəki narkotik sənayesinin qarşısını ala bilmədi, əksinə, problem daha da dərinləşdi”.
S. Lavrov Ukraynadakı böhranı rəsmi Kiyevin idarə üsulundakı “xətalar”la əlaqələndirib: “438 Ukrayna hərbçisinin Rusiyaya keçməsi və sığınacaq istəməsi də onu göstərir ki, Ukrayna hökumətinin xalqa qarşı döyüşmək tələbi qəti şəkildə yolverilməzdir. Və bu yanaşma istər sadə vətəndaşlar, istərsə də əksər hərbçilər tərəfindən qəbul olunmur”.
Related Stories
Comment