0
Tuesday 26 October 2010 - 07:07

"Tükrkiyə ilə Yunanıstan arasında həll edilməyəcək problem yoxdur"

Story Code : 41778
"Tükrkiyə ilə Yunanıstan arasında həll edilməyəcək problem yoxdur"
"Tükrkiyə ilə Yunanıstan arasında həll edilməyəcək problem yoxdur"
Türkiyənin dövlət naziri və Avropa Birliyi ilə danışıqlardakı baş müzakirəçisi Egemen Bağış Yunanıstanla problemlərin həlli üçün yaxşıya doğru gedişatın olduğunu deyib.
Bağış "Türkiyə ilə Yunanıstan arasında həll edilməyəcək problem olduğuna inanmırıq" deyib.
Yunanıstan xarici işlər nazirinin müavini Sriros Kuvelis ilə Ankarada bir araya gələn Bağış baş nazir Ərdoğanın Afina səfəri zamanı Egey problemlərinə dair önəmli addımlar atıldığı haqda xəbərlərə münasibət bildirib.
Nazir qeyd edib ki, xoş niyyət və cəsarətlə Egeydə, Heybəliadada, Qərbi Trakdyadakı problemlər həllini tapa bilər. Yunanıstan xarici işlər nazirinin müavini də dəqiq olmayan xəbərləri şərh etməkdən qaçdıqlarını, ancaq ciddi addımların atıldığını bildirib. /trt/
Related Stories
Comment