0
Sunday 31 October 2010 - 08:56

ABŞ-dan İsrailə hiyləgər təklif

Story Code : 42305
ABŞ-dan İsrailə hiyləgər təklif
ABŞ-dan İsrailə hiyləgər təklif
"Əl-Şərq əl-Avsat" qəzetində yer alan bir xəbərə görə, Vaşinqtonda aparılan qapalı görüşmələrdə İsrail rejimi gələcəkdə qurulacaq Fələstin dövlətinin Qərbi Qüds sərhədləri daxilində qalacaq torpaqların 40 və ya 99 il müddətində icarəyə verilməsini məsləhət görür.
Xəbərdə ABŞ və İsrail rejimi arasında müstəqil Fələstin dövlətinin qurulması müqabilində İsrail rejiminin Fələstindən Qərbi Qüds torpaqlarını icarəyə götürülmə variantının dəyərləndirilməsi Fələstin mənbələrindən də təsdiqləndiyi bildirilir. Sənədə görə, İsrail rejimi Fələstin dövlətinin sərhədləri daxilində qalacaq torpaqları 40 ildən 99 ilə qədər icarəyə götürəcək.
Xəbərdə Fələstin hakimiyətinin bu müzakirələrdən xəbərdar oluqları və təklif barədə bir şərh vermədiyi bildirilir. /Deyerler/
Related Stories
Comment