0
Monday 15 November 2010 - 17:00

Həyasız bəyanat

Story Code : 44228
Həyasız bəyanat
Həyasız bəyanat
Xəbər vermişdik ki, Serj Sarkisyan müdafiə naziri Seyran Ohanyanın müşayiəti ilə Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən təlimlərdə iştirak edib. İşğalçı ordunun Azərbaycan ərazilərindəki hərbi təlimləri noyabrın 1-də başlayıb və tamamlanmaqdadır. Təlimlər Ağdam yaxınlığında keçirilir. Ermənistan prezidenti və müdafiə naziri qoşunların təmas xəttində olublar və döyüş hazırlıqları ilə maraqlanıblar.
Serj Sarkisyan bildirib ki, hərbi təlimlər rəsmi Bakının müharibə bəyanatlarına cavabdır: “Döyüş şəraitinə maksimum yaxınlaşdırılan təlimlər başqaları üçün xəbərdarlıq olmalıdır. Birdən saat vursa, biz yalnız 1992-1994-cü illərdə baş verənləri təkrarlamayacağıq, problemi birdəfəlik həll edəcəyik”. “Erməni tərəfi birinci hücum etmək niyyətində deyil. Amma lazım gəlsə, əks-həmlə sonuncu olacaq”. Ermənistan prezidenti Serj Sarkisyan bu həyasız bəyanatla Azərbaycanın işğal olunmuş ərazilərində çıxış edib. Məlumatı “Azatutyun” radiostansiyası yayıb. /HaqqYolu/
Related Stories
Comment