QR CodeQR Code

Neftlə bağlı təcili toplantı

26 Feb 2015 11:20

IslamTimes - OPEC Birliyi neftin qiyməti ilə əlaqədar təcili iclas keçirə bilər.


Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, bu barədə The Financial Times qəzetiinə müsahibəsində Nigeriyanın neft naziri, OPEC prezidenti Diezani Əllison-Maduek deyib.
Onun sözlərinə görə, OPEC Birliyinə ərəb ölkələrindən başqa daxil olan dövlətlərin demək olar hamısı neftin hazırki qiyməti ilə bağlı narahatlıq hissi keçirirlər.
Prezident bildirib ki, əgər neftin bir barrelinin qiyməti bundan artıq sürətlə düşməyə başlayarsa, böyük ehtimalla növbəti 6 həftə ərzində OPEC-in təcili iclası keçiriləcək.
Qeyd edək ki, hazırda dünya bazarlarında Brent markalı neftin bir barreli aprel fyüçersinin qiyməti London İCE birjasında 0,58% bahalaşaraq 59,06 dollar təşkil edib.


Story Code: 443295

News Link :
https://www.islamtimes.org/az/news/443295/neftlə-bağlı-təcili-toplantı

Islam Times
  https://www.islamtimes.org