QR CodeQR Code

Sionist rejimin zindanları fələstinli uşaqlarla doludur

İslaminsesi , 2 Mar 2015 15:41

İslamtimes - Fələstin milli administrasiyasından bildirilib ki, sionist rejim fələstinli uşaqların və yeniyetmələrin həbslərini gücləndirir.


Fələstinli məhbusların işi üzrə nazir İsa Karake məlumat verərək söyləyib ki, sionist rejimin hərbi qulluqçuları tərəfindən fələstinli uşaqların və yeniyetmələrin orta illik həbsləri son dərəcədə artıb. Hər il İslrail hərbçiləri ən azı 700-1000 fələstinli uşağı və yeniyetməni həbs edir. Bu cür həbslər ən çox Qüdsdə qeydə alınıb.

Araşdırmaların gedişatından məlum olub ki, sionist rejim öz həbsxalarında onlara işgəncələr tətbiq edirlər.YUNİCEF öz hesabatında bildirib ki, sionist rejimin fələstinli uşaqlarla amansız rəftarı artıq pik həddə çatıb.

Bundan əlavə uşaqların Beynəlxalq Müdafiə Komitəsi öz bəyanatında bildirib ki, ötən il 107 fələstinli yeniyetmənin şikayət ərizəsi qəbul edilib. Onların 76%-i İsrail həbsxanalarında işgəncələrə məruz qaldıqlarını bildiriblər.


Story Code: 444368

News Link :
https://www.islamtimes.org/az/news/444368/sionist-rejimin-zindanları-fələstinli-uşaqlarla-doludur

Islam Times
  https://www.islamtimes.org