0
Sunday 28 November 2010 - 11:40

"İraqın Amerika ordusuna heç bir ehtiyacı yoxdur"

Story Code : 45360
Nuri əl-Maliki
Nuri əl-Maliki
"İslamTimes" "PressTV"-yə istinadən xəbər verir ki, bu ilin noyabr ayının əvvəllərində yenidən olaraq İraqın baş naziri seçilən Nuri əl-Maliki deyib: “İraqdakı əmniyyəti bərpa etmək üçün iraqlıların Amerika ordusuna heç bir ehtiyacı yoxdur.”
İraq rəsmiləri arasında Nuri əl-Malikinin sözləri Amerikaya yönəlmiş ən sərt etirazdır. 
Onun etirazına ABŞ-ın vitse-prezidenti Cozef Baydenin “New-York Times” qəzetində dərc etdirdiyi məqalə səbəb olub. Bayden bu məqalədə Amerika ordusunun İraqdan çıxarılmamasını tələb edib. Cozef Bayden İraq ordusunun Amerika ordusuna ehtiyacı olduğunu söyləyir.
Amma İraq rəsmiləri deyir: “Amerika ordusunun İraqdan çıxmaması İraq daxilindəki silahlı qruplaşmaları təhrik edir. Onlar bu səbəbdən ölkənin müxtəlif məntəqələrində partlayışlar törədirlər.”
Comment