0
Saturday 25 April 2015 - 19:51

BMT Yəmənə yeni xüsusi nümayəndə təyin etdi

Story Code : 456380
BMT Yəmənə yeni xüsusi nümayəndə təyin etdi
Deyerler.org-un PressTV-yə istinadən verdiyi xəbərə görə, BMT baş katibi Pan Gi Mun BMT Təhlükəsizlik Şurasının məktub göndərərək İsmayıl Uld Şeyx Əhmədi bu vəzifəyə təklif edib. BMT-nin Ebolaya Təcili Müdaxilə missiyasının (UNMEER) cari rəhbəri İsmayıl Uld Şeyx Əhməd bu vəzifəyə təyin olunacağı təqdirdə Yəməndə münaqişənin həlli üzrə nəzərdə tutulan aparıcı danışıqlar onun üzərinə həvalə olunacaq. BMT-nin son namizədi nəzərdən keçirmək üçün 48 saat vaxtı var. BMT-nin Yəməndəki xüsusi nümayəndəsi Camal Bin Ömər Səudiyyənin Yəmənə təcavüzndən bir həftə sonra ölkədə böhranın gərginləşməsi fonunda postundan istefa vermişdir. /Deyerler/
Related Stories
Comment