0
Friday 3 December 2010 - 09:29

Rus mafiyası PKK-ya silah satıb

Story Code : 45780
Rus mafiyası PKK-ya silah satıb
Rus mafiyası PKK-ya silah satıb
"Wikileaks" əldə etdiyi gizli yazışmalardan 600-nü açıqlayıb.
Açıqlanan son sənədlərdə Rusiya, Azərbaycan və Qazaxıstanla bağlı iddialar yer alıb.
Bu iddialardan birinə görə, rus mafiyası PKK-ya silah satıb.
Amerikalı diplomatlar yazışmalarında "Rusiya hardasa bir mafiya dövlətinə çevrilib. Rusiya rəsmiləri və iş adamları mütəşəkkil cinayətkar qruplarla birlikdə ölkəni mafiya dövlətinə çevirmək üçün çalışır" yazıblar.
Yeni yayımlanan sənədlərdə həmçinin ABŞ-PKK əlaqələrinə dair iddialar da var. "Wikileaks" sənədlərinin hamısını əldə edən İngiltərənin "Guardian" qəzeti ABŞ-PKK əlaqələrinə dair məlumatların olduğunu və bunları yaxın zamanlarda açıqlayacağını bəyan edib. /trt/
Related Stories
Comment