0
Friday 10 December 2010 - 14:29

Hicab bütün dünyada vahid geyim formasına daxildir

Story Code : 46433
Dünyada hicab
Dünyada hicab
Böyük Britaniya – Polis və Yanğınsöndürmə xidməti
Böyük Britaniyada müsəlman xanımlar hicabı polis geyim forması kimi istifadə edirlər. 2009-cu ilin mart ayında isə burada yanğınsöndürmə xidməti də müsəlman qadın əməkdaşları üçün xüsusi uniforma hazırlayıb. Xatırladaq ki, 2000-ci ildən Böyük Britaniyada şəxsiyyət vəsiqəsi üçün hicabla şəkil çəkdirmək də qanuniləşdirilib. 1976-cı il qanununa əsasən, ictimai yerdə qadının hicabını açmağa cəhd cinayətdir və bu, Britaniya qanunları ilə nizamlanır.

İrlandiya – Polis
Böyük Britaniyada olduğu kimi, İrlandiyada da hicab polis işçilərinin vahid geyim formasına daxildir.

Norveç – Ordu, Polis, Gömrük və Səhiyyə
Artıq 2008-ci ildə Norveçdə Milli Ordu, Polis, Gömrük, Səhiyyə də daxil olmaqla əksər idarə və müəssisələrdə qadınlara hicab geyməyə rəsmən icazə verilib. Norveçdə yaşayan bir müsəlman qadın heç yerdə hicab qadağası ilə üzləşmir.

İsveç və Polis
Böyük Britaniya və İsveçdə artıq bir neçə ildir ki, hicab polis uniformasına daxil edilir. Göstərilən ölkələrdə müsəlman xanımlar hicablı geyimdə polis kimi fəaliyyət göstərirlər.

Danimarka – Səhiyyə və Ordu
Danimarka İslamla əlaqəli olaraq son zamanlar karikatura hadisəsi ilə çoxlarında mənfi təəssürat yaratsa da, nəzərə almaq lazımdır ki, o hadisə bütün danimarkalalılar tərəfindən deyil, bir neçə insan tərəfindən həyata keçirilmişdi. Danimarkanın isə İslamla heç bir probleminin olmadığı hicaba qarşı sərgilədiyi demokratik mövqedən aydın olur. Belə ki, Danimarkada səhiyyə işçiləri vahid geyim forması kimi hicabdan istifadə edir. Burada hətta Müdafiə Nazirliyi də müsəlman xanımları nəzərə alaraq, hərbi geyim formasına hicabı da daxil edib.

Hollandiya – Səhiyyə və İctimai iaşə obyektləri
Hollandiya qanunları həm səhiyyə işçilərinə, həm də müxtəlif ictimai iaşə obyektlərinə vahid geyim formasının tərkib hissəsi kimi, hicab geyməyə icazə verir. Burada nəinki qanunlar, hətta Hollandiya vətəndaşları da hicabı dəstəkləyir və bildirirlər ki, səhiyyə və digər sahələrdə çalışan hicablı işçilər digərlərinə nisbətdə təmizliyə daha çox diqqət yetirirlər.

ABŞ – “Walt Disney Company” Media şirkəti
Bütün dünyada cizgi filmləri ilə balacaların sevimlisinə çevrilmiş “Walt Disney Company”-də 150 000 işçi çalışır. Artıq uzun müddətdir ki, bu şirkətin uniformsına hicab da daxil edilib.

Malayziya – Polis
Malayziyada müsəlman olan polis qadınlar hicab geyməkdə sərbəstdirlər. Onlar bunu həm demokratiyanın, həm də inancın göstəricisi kimi qiymətləndirirlər. /Deyerler/
Comment