0
Tuesday 14 December 2010 - 11:07

Türkiyə-Azərbaycan əlaqələri indiyədək bu qədər sıx olmayıb

Story Code : 46840
Türkiyə-Azərbaycan
Türkiyə-Azərbaycan
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Türkiyənin türk dövlətləri ilə əlaqələri barədə açıqlama verib.
“Yeni Şafak” qəzetinin verdiyi xəbərə əsasən, türkiyəli nazir Türkmənistandan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında səfər zamanı Özbəkistanın xarici işlər naziri, Türkmənistan prezidenti və XİN rəhbəri ilə görüşdüyünü bildirib. Əhməd Davduoğlunun sözlərinə görə, səfərdən sonra Türkiyə-Türkmənistan əlaqələri daha əlverişli zəmində inkişaf edəcək. Türkiyənin xarici siyasət idarəsinin rəhbəri Azərbaycanla əlaqələrə də toxunub. Onun sözlərinə görə, Türkiyə-Azərbaycan əlaqələri indiyədək bu qədər sıx olmayıb. Bundan başqa, o, məlumat verib ki, ikitərəfli münasibətlərlə yanaşı, Türkiyə-Azərbaycan-Qazaxıstan üçtərəfli ələqəri də inkişaf edir: “Bakı-Tiflis-Ceyhan neft kəmərinə Qazaxıstan nefti axmağa başladı. Daha bir üçtərəfli əlaqələrə başlayırıq. Azərbaycan, Türkmənistan və Türkiyə də bir araya gələcək”.
Comment