0
Tuesday 21 December 2010 - 01:27

ABŞ-İsrail-FAT birliyi təsdiqləndi - Eksklüziv

Story Code : 47509
ABŞ-İsrail-FAT birliyi təsdiqləndi
ABŞ-İsrail-FAT birliyi təsdiqləndi
Bu gizli birlik HƏMAS Qəzza zolağına nəzarəti ələ aldıqdan sonra baş verib. Bu barədə qalmaqallı kompromat saytı WikiLeaks məlumat yayıb. Sayt sübut olaraq ABŞ səfirliyi ilə Tel-Əviv arasındakı gizli diplomatik yazışmaları ortaya qoyub.
Sənəddə İsrailin Daxili Təhlükəsizlik Xidmətinin rəisi Yuvel Diskin sözləri əks olunub. Kəşfiyyatçı bildirir ki, Mahmud Abbasın xüsusi xidmət idarəsi əldə etdiyi bütün informasiyaları Tel-Əvivə ötürür. Bu barədə Lenta.ru yazır.
Diskin bunu da qeyd edib ki, FAT hərəkatının yüksək rəsmiləri İsraili Qəzzada hərbi əməliyyatlar aparmağa təhrik ediblər. FAT-ın informasiyaları əsasında əməliyyatlarda bir sıra uğurlar əldə olunub.
WikiLeaks yazır ki, Ağ Ev İsrailin FAT hərəkatını silahla təchiz etməsini istəyib.
ABŞ-ın Tel-Əvivdəki səfirliyinin bu məlumatları əks etdirən sənədləri cari ilin noyabr ayında səhifəyə çıxarılıb.
Related Stories
Comment