0
Tuesday 21 December 2010 - 10:11

Ərdoğan hicab uğrunda mübarizə apardığını söylədi

Story Code : 47522
Ərdoğan hicab uğrunda mübarizə apardığını söylədi
Ərdoğan hicab uğrunda mübarizə apardığını söylədi
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan "Muş Alpaslan" universitetində tələbələrlə görüşü zamanı, "Bu gün azadlıqdan danışanlar övladlarımızı məktəblərə buraxmırdılar",- deyib. Ərdoğan hicaba qadağa qoyulduğuna görə, öz övladlarının da məktəblərə buraxılmadığını bildirərək əlavə edib ki, bir ata olaraq bundan çox əziyyət çəkib. "Mənim də övladlarımı məktəblərə buraxmadılar. Bunun əziyyətini mən də çəkdim. Bu əziyyəti çəkən bir insan olaraq, indi eyni əziyyəti bu ölkənin övladlarına biz çəkdirməyəcəyik. Aparılan mübarizə bunun mübarizəsidir. İnşallah, 12 iyundan sonra yeni konstitusiyanın addımlarını atacağıq. İndi biz hazırlıqlar görürük. 12 iyundan sonra isə oturub müzakirə edəcəyik. Bu konstitusiyada birinci dərəcəli məsələ təhsildir, azadlıqlardır, demokratiyadır. Bunu etmək məcburiyyətindəyik. Bu günə qədər buna görə səbr etmişdik. Baxın, indi Muş universitetində hicablı, hicabsız insanlar təhsil alır, burada nə var? Qiyamətmi baş verdi? Yox!
Qərbdə istədiyiniz kimi təhsil ala bilərsiniz. ABŞ-da, Avropada, Yaponiyada, hər yerdə təhsil ala bilərsən. Öz yurdunda qəribsən... Belə bir vəziyyət var. Və təbii ki, haqlı olduğumuz zaman bizə rişxənd etdilər. Bu hallarda göz yaşlarımı axıtdığım zamanlar da çox oldu. Xarici ölkələrin rəhbərləri ilə görüşdüyüm zaman mənə, "Siz necə bir ölkəsiniz, xalqınızın 99 %-i müsəlmandır. Sizin ölkədə məktəblilər necə ola bilir ki, hicablı olaraq dərslərə buraxılmırlar? Bu necə olur?",-deyə suallar verdikləri zaman, biz onlara cavab verə bilmirdik. Bu səbrin sonunda inşallah, müsbət nəticə əldə edəcəyik", - deyə Ərdoğan bildirib. /Deyerler/
Related Stories
Comment