0
Sunday 26 December 2010 - 10:45

Dindarlara qarayaxma davam edir

Story Code : 48056
Dindarlara qarayaxma davam edir
Dindarlara qarayaxma davam edir
Guya onların arasında Xocəsən kəndinin axundu da olub. İnsidentin özü və bütün elementləri – basqın, şüşələrin sındırılması, axundun orada olması, müəllimlərin hədələnməsi “kənd söhbəti” olaraq qalır və təsdiqini tapmayıb. Belə görünür ki bütün deyilənlər dindarlara qarşı böhtandan başqa bir şey deyil.
Lent.az-ın əməkdaşı həmin kəndə yollanaraq hadisənin təfərrüatlarını öyrənib və yazır:
…Məktəbin direktor müavini Vaqif Quluzadə məktəbin qapısı qarşısında dayanmışdı. Onun sözlərinə görə, bu təhsil müəssisəsində 20-yə yaxın şagird məktəbə hicabla gəlirmiş. Dekabrın 22-də isə həmin şagirdlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq təlimatına əsasən, dərsə buraxılmayıb: “Təxminən yarım saatdan sonra həmin uşaqların valideynləri məktəbə gəldi. Onların arasında kəndin axundu və bir neçə molla da vardı. Onlar deyirdilər ki, biz dindarıq, ona görə də uşaqlar məktəbə hicablı gəlməlidir”.
Direktor müavinin dediyinə görə, həmin valideynlərin bəziləri məktəb rəhbərliyinə qarşı təhqiramiz ifadələr də işlədiblər. Bununla belə, mübahisə uzun çəkməyib və valideynlər sakit şəkildə məktəbin həyətini tərk ediblər…
Ertəsi gün səhər məktəbə gələrkən gözətçi məlumat verib ki, məktəbin pəncərələrindən birinin şüşəsini sındırıblar. Vaqif Quluzadə müəllimlər otağına qalxarkən qapının üzərində kağız yapışdırıldığını görüb. Həmin kağızda “Bizim balalarımızın başını açsanız məktəbi yandıracağıq. Oturub fikirləşin! Çaşıb balalarımızın başından hicabı açmayın!” şəklində xəbərdarlıq yazılıb. Onun sözlərinə görə, müəllimlər otağından həyətə çıxdıqda kəndin axundu və daha bir neçə valideynin burada toplaşdığını görüb: “Onlar dedilər ki, bizim uşaqlarımızı dərsə buraxın, əks halda bunun axırı yaxşı olmayacaq”.
Bakı şəhəri Bakı Şəhəri üzrə Təhsil İdarəsindən və Binəqədi Rayon İcra Hakimiyyətindən nümayəndələr gəlib. Direktor müavini deyir ki, rəsmi qurumların nümayəndələr valideynlərlə söhbət aparıb. Bu zaman valideynlər həmin nümayəndələrə də uşaqlarının məktəbə hicabla gəlməli olduqlarını söyləyiblər.
Əməkdaşımız məktəbdə olarkən kəndin axundu Telman Əsədullayev də hadisə yerinə gəlib. Ancaq o adının bu məsələdə hallanmasının düzgün hesab etmir. O, iddia edir ki, pəncərə şüşəsinin sınmasının həmin gün bura yığışan valideynlərlə heç bir əlaqəsi yoxdur. Deyir ki, o hər gün I sinifdə oxuyan qızını məktəbdən aparmaq üçün bura gəlir: “Şüşənin sınmağından şəxsən mənim xəbərim yoxdur. Bəlkə də məktəbin şüşəsini burada futbol oynayan uşaqlar sındırıb, bunu hələ heç kəs bilmir”.
Direktor müavini və kəndin axundu ilə məktəbin həyətindəcə söhbətin sonunda müəllimlər otağının qapısı üzərin vurulmuş elanın kim tərəfindən yazıldığını, qapıdan necə asıldığını aydınlaşdırmağa çalışırıq. Məlum olur ki, həmin elan dekabrın 22-də axşam, yaxud da səhər saatlarında vurulub. Həmin ərəfədə isə məktəbin qapısı bağlı olub. İndi məktəb rəhbərliyi qapının bağlı olduğu halda bu elanın qapının üzərinə necə vurulması üzərində baş sındırır.
Related Stories
Comment