0
Saturday 1 January 2011 - 07:05

Höccətiyyədə hicab qadağası müzakirə edildi

Story Code : 48706
Höccətiyyədə hicab qadağası müzakirə edildi
Höccətiyyədə hicab qadağası müzakirə edildi
İlk öncə Məşədi İlkin Qurani-Kərimdən bir neçə ayə tilavət etdi.
Söhbəti Kərbəlayi Şirvan xütbə və dua ilə açdı. Sonra o söhbətinə belə davam etdi: “Buraya cəm olmağımızın səbəbi hicabın Allah-Təala tərəfindən musəlman və möminə qadınlara əmr olunduğunu bir daha vurğulamaqdır. Heç kim bu əmri poza bilməz, zorla hicabı kimsəyə qadağan edə bilməz."
Sonra söz Quran və hüquq elimləri namizədi Hacı Faiq Vəlizadəyə verildi. O da öz növbəsində bildirdi ki, hicabla mübarizə Azərbaycan xalqı üçün bir faciədir. Azərbaycan qiz-gəlinlərinin mənfur erməni qəsibkarları tərəfindən zorla başlarının açılaraq namuslarının tapdanması bir faciə, ikinci faciə isə biganələrin təhriki ilə Mərdanov kimlərinin ölkəmizdə qızların başlarını zorla açdırmasıdır.
Ardınca qeyd etdi ki, Azərbərbaycan Respublikası Konstitusiyasınin 46-cı maddəsində Şərəf və ləyaqətin müdafiə hüququ əsasında hicablı qadınların şərəf və ləyaqətinin qoruduğu bir vaxtda, maddə 47-1: hər kəsin fikir və söz azadlığı vardır, 47-2: heç kəs öz fikir və əqidəsini açmağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz, maddə 48-3: dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə sərbəstdir... dediyi bir vaxtda nazir hansı qanun və hökmlə möminə qadınların şərəf və ləyaqətinə toxunur, əqidə və fikrinə, dini sərbəstliyinə şübhə ilə yanaşır, ləyaqətini əzmək istəyir? Bu yolverilməzdir!
İki saat davam edən mərasim Hacı Müdərrisin rövzə və mərsiyyəsi ilə sona çatdı ...

HaqqYolu-nun xüsusi müxbiri
Nadir Əliyev
Related Stories
Comment