0
Friday 9 October 2015 - 15:11

Rus təyyarələri ABŞ-ın F16-larını geri qaytardı

Story Code : 489799
Rus təyyarələri ABŞ-ın F16-larını geri qaytardı
Rus təyyarələri ABŞ-ın F16-larını geri qaytardı
Türkiyədə yerləşən İncirlik bazasında qalxan iki ABŞ təyyarəsi İŞID-in mərkəzi sayılan Raqqa yaxınlığındakı hədəfləri vurmağa yollanıb.

Amma bir rus təyyarəsi ilə qarşılaşan F16-lar ara məsafəsini qorumaq istəsə də rus təyyarəsi yolundan dönməyib.

ABŞ təyyarələri Rusiyaya aid təyyarə ilə qarşılaşmamaq üçün marşrutlarını dəyişmək məcburiyyətində qalıblar və bundan sonra F16-ların döyüş tapşırığı ləğv olunub.

ABŞ rəsmiləri Rusiyanın Suriyada əməliyyatlara başlamasından sonra ABŞ ordusunun pilotlarına rus təyyarələri ilə aralarında ara məsafəsi saxlamaq əmr olunduğunu bildirib.
Source : Nur.az.com
Comment