0
Thursday 6 January 2011 - 20:21

Hicab qadağası ləğv edildimi?

Story Code : 49404
Hicab qadağası ləğv edildimi?
Hicab qadağası ləğv edildimi?
Xəbərdə bildirilir ki, Azərbaycan Təhsil Nazirliyinin ölkədə yaratdığı süni hicab problemindən yarana biləcək ciddi və kütləvi etirazların qarşısını almaqdan ötrü, ölkə prezidenti İlham Əliyev ölkə parlamenti və müvafiq orqanlara bu barədə göstəriş verib. Ölkə başçısı həmçinin Milli Məclisdən yaranmış problemlərin aradan qaldırılması və əhalinin narazılığını nəzərə alaraq çıxış yolunun araşıdırılıb tapılması üçün müzakirələrin aparılmasını tələb edib.
Mövzu ilə bağlı İslam-Azeri.az İnternet qəzeti Hacı Allahşükür Paşazadəyə yaxın, adının açıqlanmasını istəməyən QMİ-nin yüksək vəzifəli əməkdaşı ilə əlaqə saxlayıb.
O bildirib ki, Şeyx neçə gündür ki, bu məsələ üstündə işləyir və məsələnin həllinin müsbət istiqamətində çalışır.
"Lakin hicab qadağasının ləğv edilməsini təsdiqləyə bilmərəm. Bizdə belə bir məlumat yoxdur" deyən QMİ rəsmisi Allaha ümid etdiklərini bildirib. /FaktXeber/
Related Stories
Comment