QR CodeQR Code

Artıq çox gec idi...

8 Jan 2011 17:56

IslamTimes - İsrail əsgərləri Qəzza zolağında bir-birilərini vurublar. Bir əsgər ölüb, dördü yaralanıb


Fələstinlilərlə atışdıqlarını güman edən əsgərlər vəziyyəti anlayana qədər 1 əsgər dünyasını dəyişib, dördü isə yaralanıb.
Əl Maqazi qaçqın düşərgəsinin şərqində dünən gecə baş verən atışmada yaralanan əsgərlərdən birinin vəziyyətinin ağır olduğu bildirilir.
İsrail ordusu hadisənin necə baş verdiyini araşdırmaq üçün istintaq başladıb.
"Həmas"a yaxın mənbələr iki fələstinlikin təhlükəsizlik məftillərinə yaxınlaşmağı bacardığını, əsgərlərə atəş açdığını bildiriblər. Yara almadan çəkildiklərini bəyan edən "Həmas" mənbələri hərəkətlərinin günahsız mülki şəxslərə qarşı törədilən cinayətlərin qarşılığı olduğunu bəyan ediblər. /TRT/


Story Code: 49677

News Link :
https://www.islamtimes.org/az/news/49677/artıq-çox-gec-idi

Islam Times
  https://www.islamtimes.org