0
Saturday 15 January 2011 - 01:30

Avropalılar AİP sədrinin azad olunmasını tələb etdilər

Story Code : 50552
Avropa etiraz
Avropa etiraz
FaktXeber.com-un verdiyi məlumata görə, Azərbaycan hicab qadağası ilə başlayan, sonda partiya sədri və ilahiyyatçı alimlərin həbs olunması ilə davam edən təzyiqlərə etiraz bəyanatları bir-birinin ardınca gəlməkdədir. Əvvəlcə ölkə ictimaiyyəti, tanınmış partiya sədrləri və yerli müxalifət nümayəndələri Azərbaycan İslam Partiyasının(AİP) sədri Mövsüm Səmədov və aralarında ilhaiyyatçı alim olmaqla inanclı şəxslərin saxlanılmasına öz etirazını bildirmiş. Ardınca isə Azərbaycanda dindar kəsimə qarşı davam edən təzyiqlər xarici ölkələr tərəfindən də pislənməyə başlamışdır. Artıq bu günə qədər bir çox partiya və insan haqqları təşkilatları Azərbaycandakı dindarların represiyasını pisləyən bəyanatla çıxış edib. Bu günlərdə onların arasına Avropa Türk Əhli-Beyt Alimləri Birliyi (ATEAB) də daxil olub. ATEAB tərəfindən yayılan bəyanatda ölkədəd

Bəyanatda deyilir:

"Bismilləhir-rahmənir-rahim

Azərbaycan hökumətinin son zamanlarda müsəlman Azərban xalqına qarşı təzyiqlərini sərt şəkildə qınayır və bu təzyiqlərin tez bir zamanda dayandırlmasını xahiş edirik. Ölkənin torpaqları işğalçı Ermənistanın tapdağı altında olduğu müddətdə, yerli hökumətin müsəlmanlara qarşı təzyiqi anlaşılan deyil. İmperialist siyasətin simvolu sionistlərin hiylə və oyunlarıyla müqəddəs məkanlara, qiymətli alimlərə, mütəfəkkirlərə, müsəlman fəallara və müsəlman bacılarımızın iffət simvolu hicablarına qarşı davam etdirilən təzyiq və zülmlərə səssiz qala bilməyəcəyimizi qiymətli Azərbaycan xalqına bildirir, dərdlərini, çətinliklərini paylaşdığımızı və yanlarında olduğumuzu bəyan edirik".

Xatırladaq ki, bəyanatda həmçinin bütün İslam və qeyri-İslami insan haqları cəmiyyətlərindən və təşkilatlarından bu məsələyə etiraz edilməsi tələb olunur.


Related Stories
Comment