0
Thursday 20 January 2011 - 01:30

Tomas Helen ABŞ və İsraili tənqid etdi

Story Code : 51197
Tomas Helen
Tomas Helen
"İslamTimes"-ın Amerikadakı müxbirinin verdiyi məlumata əsasən, Ağ Evin vəzifəsindən uzaqlaşdırılmış jurnalistlərindən olan Tomas Helen Virciniya ştatında yazıçılıqla mətbuat aləminə qayıdıb. Bu xanım işğalçı sionist rejimini tənqid etdiyinə görə Ağ Evdəki vəzifəsindən azad edilmişdi.
Tomas Helen CNN-lə müsahibəsi zamanı deyib:
"Mən işğalçı sionist rejimini tənqid etdiyim üçün peşiman deyiləm. Əslinə qalsa mən İsraili işğalçılıqda təqsirləndirən bir xaxamın sözlərini izahlı şəkildə bəyan etmişdim."
Xanım Helen sözlərinin davamında əlavə edib: "Mən yəhudilərə qarşı deyiləm. Sadəcə doğruluğundan asılı olmayaraq İsrail əleyhinə bir söz dedikdə sizə anti-yəhud adı verilir və tutduğunuz vəzifədən azad edilirsiniz."
Related Stories
Comment