0
Sunday 17 January 2016 - 01:44

Ayətullah Şəhid Şeyx Nimr Baqir ən Nimrin oğlu: "Mən atamla fəxr edirəm"

Story Code : 512943
Ayətullah Şəhid Şeyx Nimr Baqir ən Nimrin oğlu: "Mən atamla fəxr edirəm"
Deyerler.org Farsnews-a istinadən xəbər verir ki, NPR saytına müsahibə verən Məhəmməd Ən-Nimr deyib ki, atası zorakılığa qarşı təbliğ edirdi.

Məhəmməd atasının Səudiyyə hökumətinin qatı tənqidçilərindən olduğu üçün onun atdığı addımlardan qürur duyduğunu dilə gətirib: "Biz 100 ildən artıq bir müddətdir ki, çalışırdıq səsimizi bütün dünya eşitsin. O, öz fəaliyyətilə dünyanın nəzərlərini Səudiyyə Ərəbistanı rəhbərliyinin hərəkətlərinə cəlb edə bildi. O göstərdi ki, bu rejim sözün müqabilində dözümsüzdürlər və insanları öldürülər".

Məhəmməd Ən-Nimr atasının terrorçu olmasıyla bağlı Səudiyyə hökumətinin iddiası haqda belə cavab verib: "Mən sadəcə demək istəyirəm ki, atam heç kimə qarşı zorakı söz işlətməyib. Bunu iddia edən varsa, bircə dəlil gətirsin. O, silahsız ikən qarşı 4 dəfə atəş açıb. Yaxşı o silahlı idisə, bəs niyə onun silahlı olduğunu sübut gətirə bilmədilər. Ancaq onlardan heç kim xəsarət almamışdır. Yalnızca o yaralanmışdır".



Məhəmməd Ən-Nimr bildirib ki, atasının edam edilməsi xəbərini evdə olarkən ona xəbər veriblər. O, əvvəlcə şokda olduğunu, amma sonra yüngülləşdiyini deyərək sözlərini bu cür davam edir: "O, 2012-ci ildən təkadamlıq kamerada saxlanılırdı. Bilirdim ki, onu buraxmaq fikrində deyillər. O, xüsusi rejimdə idi. Mən zindanla bağlı deyə bilərəm ki, o, hətta günəşə belə baxa bilmirdi."

Qeyd edək ki, yanvarın 2-də Səudiyyə rejimi nüfuzlu Əhli-Beyt (ə) alimi Ayətullah Şəhid Şeyx Nimr Baqir ən Nimri edam edərək, bütün dünyada vicdanlıların narazılığını özünə qarşı qaldırıb.
Source : Deyerler
Comment