0
Wednesday 10 February 2016 - 13:42

ABŞ kəşfiyyatının rəhbəri: “Dağlıq Qarabağda hərbi əməliyyatların yenidən başlaması təhlükəsi yüksəkdir”

Story Code : 519738
ABŞ kəşfiyyatının rəhbəri: “Dağlıq Qarabağda hərbi əməliyyatların yenidən başlaması təhlükəsi yüksəkdir”
“Azərbaycan və Ermənistan arasındakı gərginlik 2016-cı ildə də davam edəcək”. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Milli Kəşfiyyat direktoru Ceyms Klepperin Konqresə təqdim etdiyi hesabatda bildirilir.

Klepper hesab edir ki, Azərbaycanın artan hərbi qüdrəti Dağlıq Qarabağda hərbi əməliyyatların yenidən başlaması təhlükəsini artırır.

“Azərbaycan Qarabağdan imtina etmək niyyəti yoxdur, Ermənistan isə işğal etdiyi əraziləri azad etməyə tələsmir. Bunlar münaqişənin dinc yolla həllini çətinləşdirir”, - deyə hesabatda bildirilir.
Source : Irib
Comment