0
Thursday 10 February 2011 - 19:10

“İslam radikalizmi kartı” yandı

Story Code : 54242
“İslam radikalizmi kartı” yandı
“İslam radikalizmi kartı” yandı
Qəzetin redaktoru Fred Haitt yazdığı məqalədə Ərəb dünyasını bürüyən etiraz aksiyaları, Misirdə Hüsni Mübarək rejiminə qarşı demokratik dalğanın dünyanın gələcək siyasi həyatında əhəmiyyətli rol oynayacağını vurğulayır. Yazının Azərbaycana aid hissəsində İlham Əliyev “müsəlman diktator” kimi təqdim olunur. Müəllif diqqət Azərbaycana və ölkə başçısı İlham Əliyevə yönəldir: “...Azərbaycanda başqa bir dünyəvi müsəlman diktatoru olan İlham Əliyev də ABŞ-la siyasətdə islam radikalizmi kartını oynayır, onu özünün zəngin neft ehtiyatları ilə şantaj edir. Əliyev bu hərəkətlərilə total şəkildə saxtalaşdırılan seçkiləri, jurnalistlərin həbsini sığortalamağa çalışır. Bu isə müsəlman diktatorun ABŞ-la oyun oynaması anlamına gəlir. İndi ABŞ rəsmiləri Əliyevə deyəcəklər ki, status-kvo davam etdirilə bilməz?” /HaqqYolu/
Related Stories
Comment