0
Sunday 19 June 2016 - 03:24

Ayətullah Xamenei: Ölkənin elmi inkişafı sürətlənməlidir

Story Code : 546917
Ayətullah Xamenei: Ölkənin elmi inkişafı sürətlənməlidir
Maide.Az xəbər verir ki, görüşdə Ayətullah Xamenei çıxış edib və bildirib ki, müqavimət iqtisadiyyatı planı həm milli qürur və həmdə hazırkı problemlərin həll yoludur. “Soruşurlar sizki deyirsiz milli qürur bəs cəmiyyətin mövcud ehtiyaclarını nəzərə almırsız? Müqavimət iqtisadiyyatı planı sözün həqiqi mənasında icra olunarsa həm milli qürur və həmdə ölkənin ehtiyaclarını təmin edəcək. Ona görə ki, bu plan ölkənin daxili imkanlarına söykənir.
Əgər istəyiriksə ölkəmiz 20 il sonra inkişaf etmiş, qürurlu ,dindar , imkanlı , güclü , müstəqil, maddi və mənəvi xeyirlər və ədalətlə dolu olsun, əsaslı işlər görülməlidir. Əsaslı işlərdən biri universitetlərin üzərinə düşür.Mənim universitet və müəllimlərin üzərində dayanmağımın səbəbi budur”.

Ayətullah Xamenei çıxışının digər hissəsində bildirib ki, vurğulamaq istədiyim məsələ budur ki,ölkənin elmi inkişafı sürətlənməlidir.
“Bu gün bizim elmi inkişafımızı sürətləndirməyə ehtiyacımız var. Biz ən azından 60-70 il xain hökumətlər tərəfindən bilərəkdən geridə saxlanılmışıq. Əgər inkişaf etmək istəyirik qabaqda olanların sürətiilə hərəkət etsək istəyimizə çatmayacayıq.”
Source : Maide
Comment