0
Saturday 19 February 2011 - 09:29

Ərdoğan ABŞ səfirinə "Naşı" dedi

Story Code : 55427
Ərdoğan ABŞ səfirinə "Naşı" dedi
Ərdoğan ABŞ səfirinə "Naşı" dedi
 K.Kılıcdaroğlu “Balyoz” çevriliş iddiası əsasında 200- yaxın generalın və yüksək rütbəli hərbçilərin həbsinə, hökuməti tənqid edən jurnalistlərin qandanlanmasına münasibət bildirərkən deyib ki, bu adda terror təşkilatının mövcud olduğu barədə heç bir ciddi dəlil yoxdur.  “Hardadır axı bu ”Ergenekon"? Baş nazir yerini bilirsə desin gedib ora üzv olum" deyə CHP lideri ironiya ilə bildirib. ABŞ səfiri isə son həbslərin Türkiyədə söz və mətbuat azadlıqları ilə uyğun gəlmədiyini də deyib və AKP hökumətini üstüörtülü şəkildə insan haqlarını pozmaqda günahlandırıb.
Ərdoğan qəzəbli danışaraq deyib ki, ABŞ səfirinin sözləri onun nə dərəcədə “naşı səfir” olduğunu göstərir: “Türkiyəni tanımır, bilmir nə nədir? Dayan, əvvəlcə bir araşdır, soruş burada məhkəmə nə edəcək. Bax buna naşılıq deyilir. əcaba, konstitusiyada media patronlarının, jurnalistlərin toxunulmaz olduğu barədə bənd varmı? Onlar sorğulana bilməzmi, mühakimə olunmazmı? Bəlkə var, bizim bundan xəbərimiz yoxdur? İndi biriləri xaricdən gəlib bilmədiyini danışır”. Baş nazirin Kılıcdaroğlunun atmacasına da cavabı qəzəbli olub. O deyib ki, CHP lideri “Ergenekon”u tapmaq istəyirsə Diyarbəkirin qaranlıq küçələrində başından vuruaraq öldürülənlərin basdırıldığı yerı getsin: “Buna bax yahu! Türkiyənin qanını soran, enerjisini tükədən bir təşkilata üzv olmaq istəyir. Ardınca utanmadan bizi, hökumətimizi diktatorluqda ittiham edir”. /deyerler/

Related Stories
Comment