0
Wednesday 2 March 2011 - 15:24

Amerikanın böyük yalanı!

Story Code : 57201
Amerikanın böyük yalanı!
Amerikanın böyük yalanı!
"IslamTimes"-ın verdiyi məlumata əsasən, Möhsin əl-Qurbani ötən gün "Əl-Aləm telekanalı ilə müsahibəsi zamanı deyib: "Hazırda Müəmmər Qəzzafi günahsız xalqı qətliam etdiyinə görə hərbi bir cinayətkara çevrilib. 

Liviya xalqı Qəzzafinin həbs edilməsini və onun ölkə daxilində və xaricdə həyata keçirdiyi terrorist əməliyyatların ifşa edilməsini tələb edir."
 
Əl-Qurbani Qəzzafini Amerikanın xidmətçisi adlandırıb. O əlavə edib: "Bu gün Qəzzafi ölkəyə nəzarəti əldən verdiyi üçün, Amerika Liviya xalqına köməkdən söz açır. Amma liviyalılar Amerikanın istənilən tərzdə Liviyanın daxili işlərinə müdaxiləsinə qarşıdırlar. ABŞ XİN rəhbərinin "Liviyada inqilabçılarla əlaqə saxlayırıq" sözü isə tamami ilə yalandır. Liviya xalqı inqilabın son bir neçə mərhələsini də arxada qoyaraq qələbə qazanacaq. Liviya varlı ölkədir və Qəzzafi getdikdən sonra ölkənin sərvəti xalqa məxsus olacaq!"
Related Stories
Comment