0
Thursday 10 March 2011 - 19:32

11 və 12 mart aksiyaları "Facebook"da

Story Code : 58770
11 və 12 mart aksiyaları "Facebook"da
11 və 12 mart aksiyaları "Facebook"da
Artıq cəmiyyətdə məşhurlaşmış "11 Mart Böyük Xalq Günü" səhifəsindən sonra bu sosial şəbəkədə bir neçə bunabənzər səhifələr və qruplar da yaradıldı. Apardığımız axtarışlar nəticəsində 10-a yaxın belə səhifə və qrupla rastlaşdıq. Qeyd edək ki, səs-küyə səbəb olmuş "11 March - Great People's Day in Azerbaijan / 11 Mart - Böyük Xalq Günü" virtual ictimai tədbirinə dəvət olunan 40 mindən çox "Facebook" istifadəçisinin təxminən 4000 nəfəri tədbirdə iştirak edəcəyini, 2400 nəfəri iştirak ehtimalı olduğunu, 7700 nəfər isə iştirak etməyəcəyini bildirib.
"11 Mart - Tələbə Hərəkatı" 60-dək, "11 Mart" adlı bir neçə səhifədə ümumilikdə 100-dək üzvü birləşdirir. Bununla yanaşı, türk dilində "11 MART AZERBAYCANDA Boyuk Xalq Gunu - Turkiye, Istanbul, Taksim saat 12.00" səhifəsi də yaradılıb.
11 mart günü ilə yanaşı, 12 mart tarixində Müsavat Partiyasının təşkil etdiyi mitinqə aid səhifələr də yaradılıb. Bunlardan ən böyüyü "12 Mart (Böyük Xalq Hərəkatı Günü)" səhifəsidir ki, bunun 350-dək üzvü var. Eyni adlı başqa bir qrupa qoşulanların sayı isə 60-a yaxındır.

Related Stories
Comment